AZ

Müəllimlərin nəzərinə! – Vakant yerləri seçərkən bu məqamlara DİQQƏT EDİN

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi olmaqla 4 mərhələdən ibarətdir.

 

Bir çox hallarda MİQ imtahanından keçən namizədlər vakansiya seçimini doğru etmədiklərinə görə illərlə kənarda qalırlar.

 

Müəllimlər vakant seçimində hansı məqamlara diqqət etməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Elm və təhsil eksperti Rizvan Fikrətoğlu tövsiyə edib ki, 8 vakant yerini yazarkən, ən çox istədikləri yerdən başlasınlar:

 

“8 yerin heç birinə istəmədiyiniz məktəbi yazmayın. Bəziləri qəbul olunmaq xatirinə 7-8-ci yerləri istəmədikləri, getməyəcəyi yeri yazırlar. Bu ona şərait yaradır ki, siz növbəti turda tutulmayan yerləri yaza bilməyəcəksiniz və müəyyən problemlərlə qarşılacaqsınız. İşə qəbulun real olması ixtisasdan da asılıdır. Məsələn, ibtidai sinif müəllimliyi ixtisasına yüksək bal tələb olunduğu halda, musiqi müəllimliyinə qəbulda az bal kifayət edir. Başqa sözlə, keçid balının 40 olması, bu balı keçən hər namizədin müəllim olması mənasına gəlməməlidir”.

 

Ekspert vurğulayıb ki, müəllimin topladığı bal ürəkaçan deyilsə, vakant yerini ilk gündən təsdiq etməsin:

 

“Çünki növbəti günlərdə sizin istədiyiniz yerləri yazmış namizədlərin ballarını görəcək və təxmini sizdə müəyyən fikirlər formalaşmış olacaq. Təxmini hesab apararkən, həmin məktəbdə elan olunmuş vakansiya sayını da diqqətdən qaçırmayın. Adətən dərs saatı az olan, ucqar kəndə yerləşən, həvəsləndirməsi (H1, H2) olmayan yerləri yazan olmur. Balınız azdırsa və müəllim işləməkdə israrlısınızsa, belə yerləri diqqət yetirə bilərsiniz. Növbəti illərdə dərs yükü olduğu halda, dərs saatlarınızın artırılması şansınız var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
azedu.az

1Mənbələr