AZ

Alimlərdən beyin və sinir sistemi ilə bağlı unikal kəşf

Çinin Fudan Universitetinin Milli Uşaq Tibb Mərkəzinin tədqiqatçıları toxumaya zərər vermədən beyinin dondurulması və əridilməsi üsulunu işləyərək hazırlayıb.

Publika.az xəbər verir ki, “Cell Reports Methods” jurnalında dərc olunan araşdırmada qeyd olunub ki, alimlər beyin orqanoid toxumasını maye azotdan istifadə edərək dondurmadan əvvəl kimyəvi maddələrlə müalicə edib.

Əvvəlki araşdırmalar göstərib ki, beyin maddəsi nə qədər tez dondurulsa da, donma və ərimə prosesi həmişə toxumaların zədələnməsi ilə nəticələnir.

Alimlər toxumaları dondurmadan əvvəl xüsusi məhlulda islatmaqla bu problemdən yan keçməyin yolunu tapıblar. İşin əsas məqsədi beyin orqanoidlərini uyğun birləşmələrə batırmaq və ya islatmaq, sonra onların necə davrandığını görmək üçün dondurub əritməkdən ibarət olub. Nəticədə tədqiqat qrupu yaxşı işləyən yeni bir məhlul kombinasiyasını əldə ediblər: etilen qlikol, metilselüloz DMSO və Y27632 qarışığı. Onlar bu yeni məhlul qarışığını MEDY adlandırıblar.

Tədqiqat qrupu daha sonra MEDY-ni müxtəlif şəraitdə sınaqdan keçirərək, onun donma zərərinin nə qədər yaxşı qarşısını aldığının şahidi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
publika.az

1Mənbələr