AZ

“Rusiya ilə sülh qərarını Zelenski verə bilməz” – Medvedev

Rusiya ilə sülh qərarını Ukrayna prezidenti Vladimir Zelenski və ya onun varisi deyil, ABŞ başda olmaqla Qərb verəcək.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı qərarın arxasında Kiyevi silahla təchiz edənlər dayanacaq: “ABŞ və onun Qərb müttəfiqləri Rusiya üçün mümkün qədər əlverişsiz olan müqaviləni dəstəkləyəcəklər”.

Medvedev hesab edir ki, Qərb Rusiyanı məhv etmək məqsədindən dönməyəcək. “Kiyevin müttəfiqləri Rusiya üçün maksimum dərəcədə əlverişsiz olan və Moskvanın imzalamağa heç vaxt razılaşa bilməyəcəyi sazişi irəli sürəcəklər”.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
13
konkret.az

10Mənbələr