AZ

Hindistan Ukrayna ilə bağlı konfransda iştirak edəcəkmi? -Modi AÇIQLADI

Hindistanın baş naziri Narendra Modi bildirib ki, ölkəsi bütün mühüm sammitlərdə, o cümlədən G7 sammitində və İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"İştirak səviyyəsi vaxtdan, logistikadan və əlaqədar öhdəliklərdən asılı olacaq"- deyə Modi “Amarujala”ya müsahibəsində bildirib.

Xatırladaq ki, Ukrayna dövlət başçısı Zelenski bildirib ki, Kiyev iyunun 15-16-da İsveçrədə keçirilməsi planlaşdırılan konfransın yekununda enerji təhlükəsizliyi, o cümlədən nüvə təhlükəsizliyi təminatlarını ehtiva edən kommünike imzalanmasını gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
ikisahil.az

1Mənbələr