AZ

AİB sədri: Toyuq əti alarkən bunlara baxmaq lazımdır

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Agentlik əməkdaşları "Halal Food" MMC-nin Gürcüstandan idxal etdiyi "Chirina LTD" müəssisəsinin istehsalı olan ümumi çəkisi 5048 kq dondurulmuş toyuq əti məhsulu partiyalarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycan quş əti məhsulları ilə özü-özünü təmin etmək səviyyəsindədir:

“Azad Bazar İqtisadiyyatı şəraiti olduğuna görə hökumətin siyasəti yerli broyleri stimullaşdırmaq üçün idxal olunan mallara gömrük rüsumunu qaldırmaq ondan ibarət ola bilər. Ölkəmizə Gürcüstan və başqa ölkələrdən quş ətinin gətirilməsi təbii haldır. İstehlakçılar birmənalı şəkildə bilməlidirlər ki, yerli məhsullar daha yaxşıdır. Bəzən kənar ölkələrdən mal gətirilən zaman risklərə məruz qalır, isti-soyuğa düşür və əksər hallarda soyuducular söndürülür. Hökumət qərar verərək müəyyən gömrük rüsumlarında dəyişiklik edə bilər. Toyuq əti alarkən buraxılış tarixinə və son yaralılıq müddətinə baxmaq lazımdır. Adətən yerli məhsullarda bu müddət arasındakı vaxt çox az olur. Neçə il bundan öncə Belarusiyadan gələn toyuqların içərisində 40 faizə qədər naməlum maye olduğu aşkarlanmışdı. Bu barədə biz dövlət orqanlarına məlumat verərək onun qarşısını aldıq. Bəzən xaricdən gələn toyuqlarda da dondurma zamanı çoxlu su istifadə olunur. Bu kimi hallarada fikir vermək lazımdır. Bütün hallarda müəyyən şübhə varsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyyə edirəm.”
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
sherg.az

1Mənbələr