AZ

“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılacaq – VİDEO

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, TÜRKSOY-un rəhbərliyi, türkdilli ölkələrdən festivala qatılan ali məktəblərin rektorları və münsiflər heyəti festivalla bağlı məlumat veriblər.

TÜRKSOY-un Baş katibi Sultan Raev festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Universiteti, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının Teatr Kolleci, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, Türkiyədən isə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasının hazırladıqları tamaşaların nümayiş etdiriləcəyini deyib.

Konfrans çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova universitetin keçirdiyi mühüm tədbirlər və layihələr barəsində danışıb, “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları festivalının universitet üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, mayın 20-dən 22-dək davam edəcək festival günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Akademik Rus Dram Teatrında iştirakçı tələbələrin tamaşaları təqdim olunacaq.

Mayın 22-də Gənc Tamaşaçılar Teatrında festivalın rəsmi bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.

Nəsimi Ələsgərli
Samir Məcidov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
yenicag.az

2Mənbələr