AZ

"Ətdən hazırlandığı deyilir, amma ətdən ucuz satılır"

Marketlərdə üzərində ət məhsullarından hazırlandığı qeyd olunan bəzi kolbasa və sosiskalar ətdən ucuz satılır. Bu hal isə bir çox hallarda istehlakçılarda çaşqınlıq və şübhələr yaradır.

 

Sfera.az-ın məlumatına görə, hazırda mal əti 14, toyuq əti isə 6 manata satılır. Lakin bu məhsullardan hazırlanan bəzi kolbasa və sosiskalar isə 5 manata təklif edilir. 

 

Ətin qiymətinin bahalaşması ilə kolbasa və sosislərin qiymətinin artacağı gözlənilirdi. Ancaq qəribədir ki, bəzi kolbasa və sosislərdə əks tendensiya müşahidə olunur. Bu isə vətəndaşlarda həmin məhsulların keyfiyyəti ilə bağlı suallar yaradır. 

 

Mövzuya münasibət bildirən qida üzrə ekspert Məhsəti Hüseynova deyir ki, ucuz qiymətə satılan, istehsal ünvanı bəlli olmayan kolbasa məhsullarının keyfiyyəti normal istehsal standartlarına tam uyğun deyil.

 

Məhsəti Hüseynova onu da əlavə edir ki, ucuz qiymətə təklif olunan bu məhsulların bəzilərinin tərkibində naməlum əlavələrdən istifadə olunur.

 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər”ə bildiridi ki, ərzaq bazarlarında və ticarət şəbəkələrində nəzarət tədbirləri genişləndirilib. Agentlik hazırda davam etdirilən monitorinq və yoxlamalar zamanı aşkarlanan nöqsanlarla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bazar rəhbərlərinə xəbərdarlıq edib. Qida Təhlükəsizliyi Agentliyindən o da qeyd olundu ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.

 

Agentlik bəyan edir ki, qida təhlükəsizliyi tələblərinə riayət etməyən sahibkarlar barəsində ən sərt tədbirlər görüləcək. (xezerxeber.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
13
sfera.az

10Mənbələr