AZ

Silahlı insident: Həmkəndlisini ov silahı ilə qətlə yetirdi

Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Seymur Alışanovun həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.

 

Bildirilib ki, hadisə şəxsi münaqişə zəminində baş verib.

 

Araşdırma aparılır.

Tarix: 20 May 2024, 21:44   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
26
pravda.az

10Mənbələr