AZ

Şengen vizası bahalaşır

Müəllif:Ayşən İmanova/Banco.az

İyun ayında Şengen vizasının qiyməti 12% artacaq.

Banco.az xəbər verir ki, bu barədə Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyi məlumat yayıb.

“Avropa Komissiyası bütün dünyada qısamüddətli Şengen vizasının (C növü vizası) qiymətini 12% artırmaq qərarına gəlib. Artım 11 iyun 2024-cü il tarixindən bütün dünyada tətbiq olunacaq. Yeni Şengen vizasının qiyməti böyüklər üçün 90 avro, 6-12 yaş arası uşaqlar üçün isə 45 avro təşkil edəcək”, - deyə məlumatda deyilir.

Qeyd edək ki, Şengen zonasına 27 Avropa ölkəsi daxildir. Avropa Komissiyası hər üç ildən bir Şengen vizalarının qiymətini inflyasiya və Avropa İttifaqında dövlət qulluqçularının orta maaşları əsasında nəzərdən keçirir. Hazırda böyüklər üçün viza rüsumu 80 avro, 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün isə 40 avro təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
banco.az

7Mənbələr