Azərbaycan-Türkmənistan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır
Bakı, 16 iyul, AZƏRTAC Son zamanlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yüksək dinamika müşahidə edilir. Ölkəmizin Mərkəzi Asiya, eyni zamanda, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Türkmənistan ilə Azərbaycan arasında münasibətlər qədim tarixə söykənir.