EN

Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb

Bakı. Trend:

Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları”sahəsində İşçi Qrup yaradılıb

Bu barədə Trend Ombudsman Aparatının Mətbuat xidmətinə istinadənməlumat verir.

Məlum olduğu kimi, psixi sağlamlıq problemləri ilə yaşayanşəxslərin hüquqlarının qorunması və reabilitasiyasının təminedilməsi hər bir cəmiyyətin inklüziv inkişafı və həmin şəxslərincəmiyyətə davamlı inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir.Psixi sağlamlıq hüququ hər bir fərdin fiziki, psixoloji vəemosional rihafını təmin edən əsas insan hüquqlarından biridir. Buhüquq yalnız tibbi yardım almaqla məhdudlaşmır, eyni zamandastiqma, stereotiplərdən və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz vəinklüziv cəmiyyətdə yaşamaq imkanını əhatə edir.

Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlığınyaxşılaşdırılmasını qlobal ictimai sağlamlıq, insan hüquqları vədayanıqlı inkişaf prioriteti kimi qəbul edir. Təsadüfi deyildir ki,bütün dünya dövlətləri tərəfindən qəbul edilmiş BMT-nin Dayanıqlıİnkişaf Məqsədlərinin 3.4-cü hədəfi “Psixi sağlamlığı və rifahıtəşviq etmək”dir.

2023-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali KomissarlığıÜmumdünya Səhiyyə Təşkilatı ilə birgə “Psixi sağlamlıq, insanhüquqları və qanunvericilik: rəhbər prinsiplər və təcrübə” adlısənədi ictimaiyyətə təqdim etmişdir. Bu sənəd dünya ölkələrindəpsixiatriya sahəsində islahatlar aparmaq üçün qanunvericiliyintəkmilləşdirilməsi və bununla da keyfiyyətli psixiatriya yardımınıngöstərilməsi məqsədi ilə hazırlanıb.

Qeyd etmək lazımdır ki, “Psixiatriya yardımı haqqında”Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə görəpsixiatriya yardımı göstərilən şəxslərin hüquqlarına və qanunimənafelərinə əməl olunmasına nəzarət edən qurum qismində AzərbaycanRespublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyənedilmişdir.

Qeyd olunanlardan irəli gələrək, həmçinin Ombudsman Aparatınıntəşkilatçılığı ilə cari ilin aprel ayında keçirilmiş “Azərbaycandapsixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkənşəxslərin hüquqları” mövzusunda dəyirmi masada irəli sürülmüştəklif və tövsiyələr nəzərə alınaraq, Azərbaycan Respublikasınınİnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanıntəşəbbüsü ilə Ombudsman yanında “Psixi sağlamlıq və insanhüquqları” sahəsində İşçi Qrup yaradılıb. Müvəkkilin rəhbərliketdiyi İşçı Qrupa müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətiinstitutlarının nümayəndələri, psixi sağlamlıq üzrə təcrübəliekspertlər, Ombudsman Aparatının əməkdaşları daxildir.

İşçi Qrupun yaradılmasında məqsəd beynəlxalq təcrübədən, ən sonyanaşmalardan yararlanaraq cəmiyyətin həssas qruplarının müdafiəsiistiqamətində yeni standartların qəbul olunması, qanunvericiliyintəkmilləşdirilməsi, psixiatriya yardımı göstərilən müəssisələrdəxidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflərin irəlisürülməsi və maarifləndirici təlim proqramlarının hazırlanmasıvasitəsilə həm hüquqi, həm də praktiki baxımdan inklüziv cəmiyyətinqurulmasına töhfə verməkdir.

Məqalədə:
Chosen
118
9
az.trend.az

10Sources