Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov cəzasının çox hissəsini çəkməsi ilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılıb.
Â
Nizami Rayon Məhkəməsi belə qərar qəbul edib.
Â
Hakim məhkumun 6 illik azadlıqdan məhrum etmə cəzasının çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini, dövlətə dətmiş ziyanın ödənilməsini nəzərə alaraq müraciəti təmin edib.
Â
Qərara əsasən, Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Onun məhkumluğu gələn ilin dekabrında başa çatacaq.
Â
Qeyd edək ki, R.Tatarov və mərhum sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatların birincisində-2019-cu ilin dekabrında həbs edilib.
Â
Vəzifə cinayətlərində təqsirli bilinən N.Quliyevin cinayət işinə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib. R.Tatarova isə yekun qərarla 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Â
APA