EN

Tramp: Putin və Zelenski müharibəni bitirmək istəyir

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski müharibəni bitirmək istəyirlər.

İki sahil” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Palm Beach beynəlxalq hava limanında mətbuata açıqlamasında deyib.

Sülh üçün çalışdıqlarını bildirən Tramp Putinlə çox yaxında görüşə biləcəyini bildirib.

Rusiya-Ukrayna müharibəsinin heç vaxt başlamaması lazım olan bir müharibə olduğunu və sülh üçün çalışdıqlarını ifadə edən Tramp, Rusiya prezidenti Vladimir Putinlə nə vaxt görüşəcəyi sualına “Vaxt təyin olunmayıb, amma çox yaxında ola bilər”, - deyə cavab verib. Putinin müharibəni bitirmək istədiyini bildirən Tramp, "Məncə (Putin) müharibəni dayandırmaq istəyir. Bunu görürəm", -deyib.

Ukrayna prezidenti Volodimir Zelenskinin də eyni fikirdə olduğunu bildirən Tramp, "Onlar hər ikisi bunu tez bitirmək istəyir. Zelenski də buna son qoymaq istəyir", - deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
66
14
ikisahil.az

10Sources