EN

Çin XİN ABŞ-ı Tayvan haqqında yazılan səhvləri düzəltməyə çağırıb

Bakı,TurkicWorld

ABŞ Dövlət Departamenti öz saytında yerləşdirilən Tayvanla bağlı məlumat vərəqini “yeniləndi” və ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləməməsi ilə bağlı əvvəlki ifadəni çıxardı,

TurkicWorld xəbər verir ki, buunla əlaqədar olaraq Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun açıqlama verib.

“ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən Tayvanla bağlı məlumat vərəqinin “yenilənilməsi” ABŞ tərəfinin Çini cilovlamaq üçün Tayvan məsələsindən istifadə etməsinin başqa bir nümunəsidir və Çin ABŞ-ı səhvlərini dərhal düzəltməyə çağırır”,- deyə o bildirib.

Quo Jiakun təkrar edib ki, Tayvan Çinin bir hissəsidir və Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir.

Sözçü vurğulayıb ki, Dövlət Departamentinin Tayvanla bağlı fakt vərəqinə dəyişməsi ABŞ-ın Tayvan məsələsində mövqeyində ciddi geriləmədir və “Tayvanın müstəqilliyini” müdafiə edən separatçı qüvvələrə çox yanlış siqnaldır.

Chosen
89
28
turkic.world

10Sources