Demokrat.az-ın verdiyi məlumata görə, tədqiqatın nəticələri nüfuzlu "Nature" elmi jurnalında dərc edilib.
Bildirilir ki, Yerin mərkəzində, təxminən 5150 km dərinlikdə, 1300 km radiuslu qızmış bərk nüvə yerləşir. O, əsasən nikel və dəmirdən ibarətdir, özü də xarici maye nüvə ilə əhatə olunub. Bu xarici nüvə öz növbəsində mantiya ilə - Yer səthindən 30 km dərinlikdə başlayan və təxminən 2900 km dərinliyə qədər uzanan təbəqə ilə əhatə olunub.
Alimlər vurğulayırlar ki, daxili nüvə planetimizin maqnit sahəsinin formalaşmasında əsas rol oynayır. Məhz nüvədə baş verən mürəkkəb proseslər - geodinamo sayəsində Yer bütün canlıları günəş radiasiyasının məhvedici təsirindən qoruyan güclü maqnit qalxanına malikdir.
Son onilliklərdə əldə edilmiş seysmik məlumatları təhlil edən tədqiqatçılar belə nəticəyə gəliblər ki, 1970-ci illərin əvvəllərindən daxili nüvə qərbdən şərqə doğru fırlanırdı. Lakin 2009-2010-cu illər arasında onun fırlanması gözlənilmədən dayandı. Alimlərin məlumatına görə, indi nüvə yenidən hərəkət edir, lakin artıq Yer səthinin fırlanmasına nisbətən əks istiqamətdə.
5Sources
-
bakivaxti.azSensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ ( 15579163)
-
demokrat.azSensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ ( 15561677)
-
pravda.azSensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ ( 15561097)
-
hakimiyyet.azSensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ ( 15560857)
-
oxu.azSensasiyalı proqnoz: Yerin daxili nüvəsi yaxın 15 ildə DAYANACAQ ( 15560845)