EN

Balaəli efirdə anasının şəklini görüb ağladı – VİDEO

Meyxanaçı Balaəli Maştağalı efirdə ağlayıb. 

Bizim.Media xəbər verir ki, “Rəngarəng” verilişində qonaq olan söz ustası mərhum anasından danışarkən göz yaşı töküb.

“Neçə vaxtdır, yuxuda görmürəm. Bilmirəm, nə deyərdim… Deyərdim ki, atam sənin üçün çox darıxır, gəl.

Atamı güldürməyə gücüm çatmır. Bəzən valideynə sənin sürdüyün maşın, yaxşı geyinməyin yox, elə bir-biriləri lazım olurlar. Evə gedəndə çalışırıram ki, qızımla oynasın, üzü gülsün. Amma gözündəki kədəri görürəm”.


Sara, Bizim.Media

Chosen
100
9
bizim.media

8Sources