Pakistanın Hayber Paxtunxva əyalətində məsciddə törədilən partlayış nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
SeherXeber.org "Reuters"ə istinadən xəbər verir ki, hadisə cümə namazı zamanı baş verib.
Pakistanın baş naziri Şahbaz Şərif partlayışı terror aktı adlandırıb. Səlahiyyətlilər hadisə ilə bağlı araşdırma aparır.
Bundan əlavə yaralanan 20 nəfər xəstəxanalara aparılıb.
Həmidə İbrahimova