EN

Ağcabədidəki dəhşətli qəza həlak olan daha bir nəfərin meyiti tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fevralın 28-i Ağcabədidə baş verən zəncirvari qəzada həlak olan daha bir şəxsin meyiti tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Fəxri Rzayevin meyiti idarə etdiyi KIA markalı minik avtomobilindən bu gün çıxarılıb.
Xatırladaq ki, dünən baş verən qəzada beş nəfərin həlak olduğu bildirilmişdi. Qəza nəticəsində ölənlər 1990-cı il təvəlldlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və Elbəy Mövsüm oğlu Aslanovdur.
Aygün Mirakif
Chosen
125
50
oxu.az

10Sources