EN

FİFA Pakistan Futbol Federasiyasının üzvlüyünü bərpa etdi


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Pakistan Futbol Federasiyasına (PFF) qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib və təşkilatı üzvlüyə bərpa edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə PFF-nin mətbuat xidməti məlumat yayıb.
Qərar PFF-nin növbədənkənar qurultayının yekunları üzrə elan edilib:
“Biz FİFA və Asiya Futbol Konfederasiyasına Pakistan futboluna göstərdikləri davamlı dəstəyə görə təşəkkür edirik və Pakistan futbol ictimaiyyətinə səmimi təbriklərimizi çatdırırıq”.
Chosen
55
yeniavaz.com

1Sources