EN

Baş verənləri müzakirə etmək istəmirəm - Zelenski

“Baş verənləri müzakirə etmək istəmirəm. Düşünmürəm ki, bu formatda güclü əlaqələr qurmağa davam etmək olar. Əminəm ki, bu vəziyyət keçəcək. Qarşıda daha vacib şeylər var və hamımız konstruktiv olmağa davam etsək, o zaman müsbət nəticə əldə olunacaq”.

Publika.az xəbər verir ki, bunu Londonda keçirilən sammitin yekunları üzrə Ukrayna və Britaniyadan olan KİV nümayəndələri ilə söhbət zamanı Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib.

Ukrayna lideri vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vens ilə insidentin mahiyyətini başa düşsə də, təfərrüatları özündə saxlamağa üstünlük verir.

Chosen
14
8
publika.az

10Sources