“Aztelekom” MMC-nin müxtəlif güclü transformatorlara iki illik texniki baxış və təmir xidməti ilə bağlı elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Tenderin ümumi dəyəri 1 242 845 AZN olub.
Qeyd: MMC-nin baş direktoru Həsən Ömərovdur.
Cabir Həsənov
Tarix: 4 Mart 2025, 08:04