EN

Kallasın Ukraynaya 20 milyard avro dəyərində yardım etmək fikri AB-nin bəyanat layihəsindən çıxarılıb

Aİ diplomatiya rəhbəri Kaya Kallasın Ukraynaya 20 milyard avroluq yardım paketinin ayrılması təklifi Aİ-nin martın 6-da keçiriləcək sammitindən sonra dərc edilməli olan yekun bəyannamə layihəsindən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə sənəd layihəsinə istinadən "Euractiv" məlumat yayıb.

Portalın məlumatına görə, Macarıstan ötən həftə təşəbbüsün qarşısını alıb və Budapeştin vetosunu ləğv edib-etməyəcəyi hələlik bəlli deyil.

Sənəddə həmçinin bildirilir ki, Aİ ölkələrinin liderləri Kiyevə hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və raketlərin göndərilməsi üçün səyləri gücləndirməyə çağıracaqlar.

Chosen
44
operativmm.az

1Sources