7NEWS.az xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqat qrupu Çinin cənub-şərqindəki Fujian əyalətində Yura dövrünə aid iki quş fosili aşkar edib. Təxminən 149 milyon il əvvələ aid olan bu fosillər quşların erkən təkamülünə işıq salır və quş müxtəlifliyinin Yura dövrünün sonunda başladığını sübut edən ən güclü tapıntılardandır.