Azərbaycan çempionatları tarixində ilk dəfə iki komandanın şəxsi oyunlarındakı ümumi top fərqi 100-ü keçib.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”la “Sumqayıt”ın görüşlərində qeydə alınıb.
İndiyədək 50 dəfə qarşılaşan komandaların matçlarında texniki nəticə nəzərə alınmamaqla Ağdam klubu 124, Sumqayıtın eyniadlı təmsilçisi 23 qola sevinib.
Qeyd edək ki, iki komanda arasında görüşlərdəki ikinci ən böyük fərq “Qarabağ”la “Şamaxı”nın qarşılaşmalarına məxsusdur. Ağdam təmsilçisi 68 topluq üstünlüyə malikdir – 114-46.
Vasili Berezutski: “Bu qədər asan qollar buraxmamalıyıq”
Elmar Baxşıyev: “Kim deyir ki, "Araz-Naxçıvan" enişdədir?”
“Sabah” “Araz-Naxçıvan”la bacarmadı - YENİLƏNİB
Rəşad Sadıqov: “Çempionatda heç kim bu sistemlə oynamır”
Kurban Berdiyev: “Müəyyən problemlər var”