“Real” heyətini yeni futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib.
İdmanxeber.az-ın məlumatına görə, “Kral klubu” “Leypsiq”in müdafiəçisi Kastello Lükebaya gözünü dikib. Madrid təmsilçisi futbolçu üçün 65 milyon avroluq ilkin təklif irəli sürüb.
Tərfəflər arasında danışıqlar davam edir. “Real” yayda gənc fransız müdafiəçini heyətinə qatmaqda israrlıdır.