EN

Çin rəsmən elan etdi: ABŞ-la istənilən müharibəyə hazırıq

Vaşinqton qarşıdurmada israr edərsə, Çin istənilən sahədə müqavimət göstərməyə hazırdır - istər ticarət, istər tariflər, istərsə də hər hansı digər müharibə.

Publika.az xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyi məlumat yayıb.

"Əgər ABŞ həqiqətən də fentanil probleminin həllində maraqlıdırsa, o zaman yeganə düzgün yanaşma Çinlə bərabərhüquqlu dialoqdur. Əgər Birləşmiş Ştatlar müharibəyə can atırsa, hansı növ - tarif, ticarət və ya başqa üsullardan asılı olmayaraq, biz sona qədər dayanmağa hazırıq", - bəyanatda deyilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsian daha əvvəl ticarət müharibəsi başlayarsa, Çinin ABŞ-a adekvat cavab verməyə hazır olduğunu açıqlamışdı.

Vaşinqtonu konstruktiv dialoqa qayıtmağa dəvət edən Lin Tsian Çinin öz milli maraqlarını qətiyyətlə müdafiə etmək niyyətində olduğunu vurğulayıb.

Chosen
53
publika.az

1Sources