EN

Dövlət Reyestrinə yeni bitki sort və hibridləri daxil edilib

265 sort və hibrid qeydiyyata alınaraq Azərbaycan ərazisində istifadəsinə icazə verilmiş, həmçinin patentlə mühafizə olunan bitki sort və hibridləri Dövlət Reyestrinə daxil edilib.

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə 265 sort və hibrid qeydiyyata alınaraq Azərbaycan ərazisində istifadəsinə icazə verilmiş, həmçinin patentlə mühafizə olunan bitki sort və hibridləri Dövlət Reyestrinə daxil edilib.

Operativ Media Aqrar Xidmətlər Agentliyinin məlumatına istinadən xəbər verir ki, bununla da fermerlərin ölkə ərazisində yeni və daha məhsuldar bitki sortlarının siyahısına əlçatanlığı təmin olunub.

Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətinə uyğun olaraq kütləvi istehsaldan və istifadədən əvvəl sortların məhsuldarlığı, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı və digər göstəricilərinə görə müsabiqəli əsasda qiymətləndirilməsi və seçilməsi həyata keçirilib. Əsas hədəflərdən biri də yerli ərazilərə adaptasiya oluna bilməyən və buna görə də istehsal problemlərinə səbəb olan sortların ölkədə yayılmasının qarşısını almaqla fermerləri keyfiyyətsiz sort/hibridlərdən qorumaqdır.

Chosen
87
1
operativmedia.az

2Sources