Futbol üzrə İtaliya A Seriyasının prezidenti Etsio Simonelli bildirib ki, milli çempionatın oyunları ABŞ-da keçirilə bilər.
Arena.az ESPN şəbəkəsinə istinadən, Simonellinin müvafiq məlumatını təqdim edir:
“Biz müvafiq tədbirləri ABŞ-da təşkil edəcək ilk liqa olmaq istəyirik. Bu, bizim həqiqətən də hesablaşdığımız bir bazardır. Bizim doqquz klubumuz amerikanların, biri kanadalıların sahibliyindədir, buna görə də, mən də onlara, məni seçdiklərinə görə minnətdar olmalıyam. Bizim digər mütləq alıcılarımız da var”, deyə Simonelli vurğulayıb.
27 turdan sonra İtaliya A Seriyasının avrokuboklara vəsiqə verən ilk altılığı belə sıralanıb:
“İnter (58 xal), “Napoli” (57 xal), “Atalanta” (55 xal), “Yuventus” (52 xal), “Latsio” (50 xal), “Bolonya” (47 xal).