EN

Media: ABŞ minerallar sazişini imzaladıqdan sonra Ukraynaya silah tədarükünü bərpa edəcək

Bakı, 6 mart, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski mineral ehtiyatlara dair saziş imzalayarsa, Amerikanın Ukraynaya silah tədarükü bərpa oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” administrasiyadakı mənbələrə istinadla məlumat yayıb.

“Əgər Zelenski saziş bağlasa, kəşfiyyat məlumatlarının mübadiləsi davam edəcək, Bayden administrasiyası tərəfindən artıq ayrılmış hərbi təchizat bərpa olunacaq”, – qəzet prezident Donald Trampın administrasiyasındakı rəsmilərdən birinə istinadla yazır.

Nəşr qeyd edir ki, bununla belə, saziş imzalanacağı təqdirdə, Trampın hansı həcmdə əlavə hərbi yardım verməyə hazır olduğu bəlli deyil.

ABŞ-ın 47-ci prezidentinin administrasiyası təklif edib ki, Zelenski Ağ evin tələblərinə tabe olarsa, Ukraynaya dəstək fasiləsi nisbətən qısamüddətli ola bilər.

Qəzet xatırladır ki, Tramp bir gün əvvəl ABŞ Konqresinə müraciətində Zelenskidən məktub aldığını və orada Ukrayna Prezidentinin “mümkün qədər tez danışıqlar masasına oturmağa” razılıq verməsini yüksək qiymətləndirdiyini bildirib.

Chosen
58
azertag.az

1Sources