2026-cı il üçün ABŞ-ın yardımı və tərəfdaşların maliyyələşdirilməsi ilə bağlı qeyri-müəyyənlik şəraitində bir sıra prioritet olmayan xərclərdən imtina etməklə büdcə xərclərinə qənaət etmək məqsədəuyğundur...
Poliqon xəbər verir ki, bunu Ukrayna İqtisadi Strategiya Mərkəzinin baş iqtisadçısı Yuri Qayday bildirib.
Onun sözlərunə görə, deputat Danilo Xetmantsev tərəfindən təklif olunan "xərclərin hərbi senzurası" əslində fiskal intizamın adi gücləndirilməsidir və bu, həmişə məqsədəuyğundur.
"Tammiqyaslı işğalın üç ili ərzində biz artıq real olaraq çoxlu "mülki" xərcləri azaltmışıq. Bununla belə, xərclərin ciddi və yüksək keyfiyyətli funksional təhlilini müharibə dövrünün məqsədlərinə tabe etmək üçün aparılması məqsədəuyğundur, bu, indiyədək edilməyib", deyə iqtisadçı bildirib.
Mümkün addımlar arasında o, kritik infrastruktura və mənzillərin yenidən qurulmasına aid olmayan əsaslı xərclərin dayandırılmasını, "ölü" universitetlərin maliyyələşdirilməsinin dayandırılmasını və onların şəbəkəsinin optimallaşdırılmasını və "vertolyot" pul paylanmasının dayandırılmasını (ardıcıl olaraq hamıya) göstərir.
Bundan əlavə, Qayday biznes və əhali üçün kreditlərin dövlət tərəfindən subsidiyalaşdırılmasını məhdudlaşdırmağı, bütün dövlət dəstəyi proqramlarını strateji məqsədlərə - müdafiə sənayesinin inkişafına, hərbi qulluqçuların həvəsləndirilməsinə, müharibə nəticəsində onu itirənlərin mənzil alınmasına dəstək verilməsinə tabe edilməsini təklif edir.
Yuri Qayday təklif edir ki, onun qeyd etdiyi addımların effekti hər il 100 milyard qrivenə çata bilər bə bu da sahibkarların və vətəndaşların vergi yükünü artırmadan ordunun daha yaxşı maliyyələşdirilməsinə imkan yaradar:
"2026-cı il üçün maliyyələşmə ilə bağlı qeyri-müəyyənliyimiz olsa da, ABŞ-dan hərbi yardımın dayandırılması halında təcili olaraq kəsməyə ehtiyac yarana bilər. Buna görə də, həqiqətən də gələn il üçün ehtiyata ehtiyac var".
Poliqon.info