EN

Noyer kuryoz zədə aldı – 3-4 həftə oynamayacaq

“Bavariya”nın kapitanı Manuel Noyer kuryoz zədə alıb.

Msport.az xəbər verir ki, 38 yaşlı qapıçı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda (3:0) “Bayer”ə vurulan qolu qeyd edərkən baldır əzələsini dartıb.

O, 58-ci dəqiqədə 21 yaşlı həmkarı Yonas Urbiqlə əvəzlənib. Bu, gənc qolkiperin Münhen təmsilçisində debüt oyunu olub.

Noyer martın 11-də Leverkuzendə keçiriləcək cavab matçı da daxil olmaqla, ən azı 3-4 oyunu buraxacaq.

Chosen
33
msport.az

1Sources