EN

“İndiki templə Rusiya 118 ildən sonra bütün Ukraynaya nəzarət edəcək” – “The Athlantic”

Keçən il Rusiya Ukraynada ləng irəliləyiş əldə etdi, yalnız kiçik bir ərazini ələ keçirdi və on minlərlə əsgərini və beş mexanikləşdirilmiş diviziyasını itirdi. Bu templə Rusiya təxminən 118 ildən sonra bütün Ukraynanı ələ keçirə biləcək.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Athlantic” nəşrində dərc olunan yazıda bildirilir.

Məqalə müəllifi Qrem Vud qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Vens Ukraynanın müharibədə “qalib gəlmədiyini” və “çox pis yerdə” olduğunu deyən zaman bunu nəzərə almalıdırlar.

“Rusiyanın vəziyyəti də pisdir. Bəlkə də bu ona görədir ki, ruslar 2022-ci ilin fevralında sadəcə sakit qalıb, müharibəyə başlaya bilməzdilər. Hər iki tərəf məğlub oldu. Bu o deməkdir ki, yalnız bir tərəfi uduzan elan etmək qəribə seçimdir”, - o, bildirib.

“AzPolitika.info”

Chosen
44
azpolitika.info

1Sources