EN

Sumqayıtda reabilitasiya mərkəzində baş verən yanğında xəsarət alanların sayı və vəziyyəti AÇIQLANDI

Bakı. Trend:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə06.03.2025-ci il tarixində saat 12:00 radələrində Sumqayıt şəhəriərazisində yerləşən Reabilitasiya Mərkəzində yanğın baş verməsisəbəbilə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadasıcəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 1998-ci il təvəllüdlüşəxs (kişi cinsli) sağ əlin 4 və 5-ci daraq sümüklərinin qapalısınığı diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcilivə Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına hospitalizasiyaolunub.

Pasiyentin hazırda Travmatologiya şöbəsində müalicəsi davametdirilir, vəziyyəti stabildir",- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşənvətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verib.Yanğının genişlənərək digər mərtəbələrə yayılmasına imkanverilmədən qısa müddətdə söndürülüb.

Məqalədə:
Chosen
23
15
az.trend.az

10Sources