EN

Türkiyədə ZƏLZƏLƏ OLDU - Əhaliyə xəbərdarlıq edildi

Türkiyənin Hatay vilayətində 3,9 maqnitudada zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar əsasən Samandağ rayonunda yerli vaxtla saat 22.29-da qeydə alınıb.

Zəlzələ ocağı yerin 7 km dərinliklərində yerləşib.

Mütəxəssislər əhalini ehtiyatı əldən verməməyə çağırıb və təkrar təkanların istisna edilmədiyi barədə xəbərdarlıq ediblər.

Bizim.Media

Chosen
151
50
bizim.media

10Sources