EN

Ağ tut qurusunun faydaları

Ağ tut qurusu zəngin qida maddələri sayəsində sağlamlığa çox faydalıdır.

 

Pravda.az-ın xəbərinə görə, bu məhsul iltihab əleyhinə xüsusiyyətlərə malik olmaqla yanaşı, ürək-damar sistemini qorumağa və bağırsaq fəaliyyətini tənzimləməyə kömək edə bilər.

 

Bu qurudulmuş meyvə antosiyaninlər və resveratrol kimi güclü antioksidantlarla zəngindir. Antosiyaninlər qan dövranını yaxşılaşdıraraq ürək sağlamlığını dəstəkləyir, resveratrol isə qan təzyiqini aşağı salaraq infarkt və digər ürək xəstəliklərinin riskini azalda bilər. Bundan əlavə, ağ tut qurusu yüksək lif və C vitamini tərkibi sayəsində immuniteti gücləndirir, həzm sistemini yaxşılaşdırır və xolesterolu tənzimləyir.

 

Mütəxəssislər bildirirlər ki, ağ tut qurusu protein, dəmir və kalsium baxımından da zəngindir. Bu maddələr əzələ inkişafını dəstəkləyir, sümükləri möhkəmləndirir və ümumi bədən funksiyalarını gücləndirir.

 

Qidalanma mütəxəssisləri ağ tut qurusunun gündəlik rasiona daxil edilməsinin bir sıra xəstəliklərin qarşısını almağa kömək edə biləcəyini vurğulayırlar. Araşdırmalara görə, gündə 40 qram ağ tut qurusunun istehlakı insan ömrünü uzada, xəstəliklərə yoluxma riskini isə 20 faizə qədər azalda bilər.

 

Bu faydalı məhsulu səhər yeməklərində yulafla, müxtəlif şirniyyatlarda və içkilərdə istifadə etmək mümkündür. Yüksək qida dəyəri və sağlamlığa müsbət təsirləri səbəbindən ağ tut qurusu dünyada geniş yayılıb. Onu marketlərdən, çərəz dükanlarından asanlıqla əldə etmək olar.

 

Əminə Bayramova

Tarix: 7 Mart 2025, 08:53   
Chosen
36
pravda.az

1Sources