EN

Suriyada gedən döyüşlərdə ən azı 48 nəfər həlak olub

Rusiya aviabazasının yerləşdiyi Suriyanın Latakiya əyalətində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında şiddətli toqquşmalar olub...

Poliqon xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Qrupunun (SOHR) məlumatına görə, döyüşlər zamanı azı 48 nəfər həlak olub.

Təşkilat qeyd edir ki, bunlar dekabrda Əsədin devrilməsindən sonra ən şiddətli toqquşmalardır.

BBC xəbər verir ki, ölənlər arasında 16 təhlükəsizlik işçisi, 28 Əsəd tərəfdarı və dörd mülki şəxs var.

Qeyd edək ki, dünən axşam SANA Agentliyi eks-prezidentin tərəfdarlarının Aralıq dənizi sahilindəki Cəblə şəhəri ərazisində nəzarət-buraxılış məntəqələrindən birinə hücum etdiyi barədə məlumat yayıb. Rusiyanın Xmeymim aviabazası bu şəhərin yaxınlığında yerləşir və hazırda şəhərdə fövqəladə vəziyyət elan olunub.

Poliqon.info

Chosen
73
6
poliqon.info

2Sources