EN

Tramp ABŞ-a girişi qadağan ediləcək ölkələrin siyahısını genişləndirməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulan ölkələr siyahısına Əfqanıstanı da əlavə etməklə bu siyahını genişləndirməyi planlaşdırır.

Editor.az bu barədə The New York Times-a istinadla yazır. Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən vətəndaşlarının ABŞ-a girişi artıq qadağan edilib. Martın 5-də Əfqanıstana Səyahət Qadağası adlı işçi qrupu ABŞ-a etibarlı, müddəti bitməmiş vizalarla gələn insanları dərhal ABŞ-ı tərk etməyə çağırıb. Hazırda təqribən 250 min Əfqanıstan vətəndaşı ABŞ-a girməyi gözləyir, onlardan on minlərləsi isə ABŞ-da iş icazəsi alıb, iş və yaşamaq imkanı tapıb.

Əfqanıstanın daxil edilə biləcək ölkələrin “qırmızı” siyahısına salınmasının yaşıl kart alan Əfqanıstan vətəndaşlarının və qaçqınların vəziyyətinə necə təsir edəcəyinin hələlik məlum olmadığı vurğulanır.

//Gülnarə Abasova, Editor.az

Chosen
29
editor.az

1Sources