EN

Kreml Trampın nüvə tərksilahı ilə bağlı sözlərinə cavab verib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın Rusiya və Çinlə nüvə tərksilahına dair danışıqlara başlamaq istədiyi barədə sözlərinə münasibət bildirib.

"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.  

“Bu mövzu Rusiya və ABŞ arasında silahlara nəzarət üzrə dialoqun gündəmdədir, ölkələrimizin maraqları və beynəlxalq təhlükəsizlik baxımından zəruridir”, - deyə Peskov bildirib.

O qeyd edib ki, bu müzakirələr zamanı Fransa və Böyük Britaniyanın nüvə arsenalından çıxarmaq mümkün deyil.

Peskov əlavə edib ki, bəzi Avropa dövlətləri Makronun ideyasını dəstəkləməyə tələsdilər. Onun sözlərinə görə, nüvə silahı danışıqları zamanı Avropanın nüvə arsenalları diqqət mərkəzində olmalıdır.

Chosen
133
50
unikal.az

10Sources