EN

Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyət nədir? – Hakim açıqladı

Bakı. Trend:

Azərbaycan Respublikası Mülki Məcəlləsində Ətrafdakılar üçünyüksək təhlükə yaradan fəaliyyət deyəndə, yəni nəqliyyatvasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrikenerjisindən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin vəonunla bağlı digər fəaliyyətin həyata keçirilməsi başa düşülür.

Bunu Trend-əBinəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Qoşqarlı deyib.

O bildirib ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlıfəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki vəhüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəziniödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənintəsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübutayetirməsinlər:

“Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinəmülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə vəi.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa ziddhərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığınısübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyətdaşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçünməsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar.Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindənhüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbəsahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər.

Qeyd etdiyim kimi, buraya həm nəqliyyat vasitəsini idarəedərkən, həm heyvanın vuruğu zərərin əvəzi, binanın uçmasınəticəsidə dəyən zərərin əvəzin ödənilməsi, tibb müəssisəsininvurduğu zərərin əvəzi və sair daxildir”.

Chosen
18
2
az.trend.az

3Sources