EN

Qida Təhlükəsizliyi Agentliyinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 7 mart, AZƏRTAC

Martın 7-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə agentliyin sədri və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Chosen
20
13
azertag.az

10Sources