EN

Putin oruc tutur?

Putin oruc tutur?

Məlum olduğu kimi, martın 3-dən pravoslav xristianları üçün Böyük oruc dövrü başlayıb və aprelin 20-də başa çatacaq.

Emlakbazari.az

E-saglam.az Rusiya mediasına istinadən xəbər verir ki, jurnalistlər sözügedən dövrün başlaması ilə dövlət başçısı Vladimir Putinin oruc tutub-tutmaması barədə maraqlanıb.

Bu xüsusda jurnalistlər bir neçə dəfə Kremlin rəsmi sözçüsü Dmitri Peskova müvafiq sualı ünvanlayıb. O isə ilk olaraq bu məlumatı dəqiqləşdirəcəyini bildirib.

Lakin dünən də Kremlin mətbuat katibinə eyni sual ünvanlandıqda o, belə cavab verib: “Bu suala cavab verib-verməyəcəyimizi bir qədər düşündük. Amma bu hamımız üçün o qədər müqəddəsdir ki, düşünürük ki, bu məsələnin detallarını ictimai müstəviyə çıxarmağa gərək yoxdur”. (Qafqazinfo)

E-saglam.az


Chosen
82
6
e-saglam.az

8Sources