EN

Qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan qadını əsrlər boyu ölkəmizin ictimai-siyasi həyatındafəal iştirak edib, öz mərdliyi, sədaqəti ilə seçilib, milli-mənəvidəyərlərimizin formalaşmasında əhəmiyyətli rol oynayıb. Qadınahörmət xalqımızın öndə olan ənənələrindən olub. Tarixin bütündövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxındaniştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əslvətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalqədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiklərişücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris,Nigar, Həcər kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımızbunun bariz nümunəsidir. Azərbaycan qadınları Şərqin ilk demokratikrespublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründəseçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatındayaxından iştirak etməyə başlamışlar. Azərbaycan digər sahələr kimi,qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunmasısahəsində də əldə etdiyi təcrübə ilə nümunədir. Ölkəmizdə qadınlaradiqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsidir və busahədə təkmil qanunvericilik bazası mövcuddur.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər HeydərƏliyev qadınların ictimai-siyasi fəallıqlarının artırılmasına,dövlət idarəçiliyində irəli çəkilmələrinə xüsusi diqqət yetirirdi.Ümummilli Liderin Fərmanı ilə Qadın Problemləri üzrə DövlətKomitəsinin yaradılması da Azərbaycanda qadın siyasətininprioritetliyini təsdiqləyən amillərdəndir. 1998-ci ildə keçirilənAzərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinintarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəbictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daimmilli dövlətçilik mövqeyindən çıxış etmələrini nümayiş etdirənqurultayda mühüm məsələlər müzakirə olunmuşdu. 1998-ci ildənetibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultaylarıkeçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ənəlamətdar və mühüm hadisələrdən biri kimi qiymətləndirilir.

Bu fikirləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Konstitusiyasına əsasən,irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən,mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimaibirliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq vəazadlıqlarının bərabərliyinə təminat verilir. Ulu Öndər HeydərƏliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yerayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, liderqadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadınsiyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadınşəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər Heydər Əliyevinsiyasətini son 21 ildən artıq dövrdə bütün istiqamətlərdə uğurladavam etdirən Prezident İlham Əliyevin bu yöndə atdığı addımlar,qəbul olunan qanunlarda təkmilləşmə, hədəflərin uğurlu icrasınaxidmət edən Dövlət proqramları dövlət qadın siyasətində yeni birmərhələnin təməlini qoyub. Bu sırada dövlətimizin başçısı İlhamƏliyevin 2006-cı il fevralın 6-da imzaladığı Fərman ilə ailə vəuşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə komplekshəlli nəzərə alınaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin yaradılmasını xüsusi qeyd etməliyik. Təbii ki, atılanhər bir addım Azərbaycanın bugününə və gələcəyinə, kiçik dövlətkimi dəyərləndirilən ailə institutunun təkmilləşdirilməsinə,qadınların cəmiyyətdə rolunun artmasına və dövrün, zamanınçağırışlarının düzgün cavablandırılmasına öz töhfələrinivermələrinə yönəlib.

Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günümünasibətilə Azərbaycan qadınlarına təbrikinə diqqəti yönəldənVüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısının qeyd etdiyikimi, Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağıolmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvisərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcibvə gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclüiradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizəsalnaməsində silinməz izlər qoymuşlar. Ötən müddət ərzində millidövlət quruculuğu prosesində yaxından iştirak edərək bütünsahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətininartırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun vəsəmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafdamühüm nailiyyətlər əldə etmişlər.

Milli Məclisin deputatı bu məqamı da xüsusi vurğulayıb ki, son 5ildə bayramlarımızı zəfər ruhunda qeyd edirik. 30 il işğal altındaqalan torpaqlarımızın 44 günlük Vətən müharibəsində sahibinəqovuşması dövlətimizin qətiyyəti, xalqımızın birliyi, ordumuzungücü, qüdrəti ilə yanaşı, gənclərimizin torpaq, Vətən sevgisinintəqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışıedir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəolunmalı, böyüməlidir.

Təbii ki, bu missiyanın yerinə yetirilməsində kiçik dövlət olanailə mühüm rol oynayır. Kiçik dövlətdə ananın rolu böyükdür. Bu günbizlərə Zəfər sevincini yaşadan, qanları, canları ilə tarix yazanşəhidlərimizin, qazilərimizin anaları qarşısında baş əyirik. Bu günhər bir ana 30 il ərzində işğal altında qalan torpaqlarımızın azadedilməsində, soydaşlarımızın doğma yurd-yuva həsrətinə sonqoyulmasında, azərbaycanlıların yenilməz, məğrur xalq kimi dünyayatəqdimatında onların yetişdirdikləri vətənpərvər oğulların özpayının, rolunun olmasından qürurludur.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət müstəqilliyimizinbərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğuprosesinin fəal iştirakçısına çevrildi, ölkəmizin sosial-iqtisadivə mədəni potensialının artmasına dəyərli töhfələr verdi. Bu günçoxşaxəli fəaliyyəti ilə ölkə və dünya qadınlarına nümunə olanAzərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondununprezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınının nüfuzunudaha da yüksəklərə qaldırır. Birinci xanımın xeyriyyəçiliktədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Mehriban xanımƏliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası,mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əslörnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələriAzərbaycana yeni dostlar qazandırır. Heydər Əliyev Fondu uzunillərdir ki, Azərbaycanın humanitar və mədəniyyət diplomatiyasınınsəlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydənəvvəl dünyada ölkəmizin təqdimatı və təbliğidir. Ölkənin Birincivitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edənvə ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icraolunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zənginmənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasınınbariz nümunəsidir.

Millət vəkili bildirib ki, dövlət qadın siyasətinin uğurlahəyata keçirilməsi nəticəsində Azərbaycan qadınının cəmiyyətdə yerivə nüfuzu daha da artır. Ölkəmizdə gender siyasətiningücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçünardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühümdövlət strukturlarında, parlament və bələdiyyələrdə uğurla təmsilolunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdəfəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələrverirlər. Qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatının bütünsahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəfvə qürur mənbəyidir. Bu gün Azərbaycan Ordusunun bütün qoşunnövlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibbocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətənqarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksəkqiymətləndirilir. Qadınlarımız ölkənin bütün sahələrində olduğukimi, Milli Məclisdə də uğurla təmsil olunur. V çağırış MilliMəclisə 21, VI çağırış Milli Məclisə 22, VII çağırış Milli Məclisəisə 26 qadın deputat seçilmişdir. Göründüyü kimi, bu sahədə dədinamika getdikcə artır. Ölkənin ictimai-siyasi həyatında aparıcırol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında da qadınlarçoxluq təşkil edir.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, qadınlarımızölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər.Prezident İlham Əliyevin 8 Mart-Beynəlxalq Qadınlar Günümünasibətilə təbrikində də bu əminlik ifadə edilir ki, qadınlargənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsiüçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçininictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.

Chosen
69
5
az.trend.az

6Sources