Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli Tam Orta Məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.
Korrespondent.az xəbər verir ki,  G.Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin edilmişdi.
Qeyd edək ki, ona bir müddət əvvəl Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq da verilmişdi.