EN

Qrant müsabiqəsin nəticləri ilə bağlı QHT rəhbərlərin rəyləri

Vüsalə Hüseynli,

 İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi fəaliyyətə başladığı gündən öz fəaliyyətində şəffaflığın təmin olunmasını və vətəndaş cəmiyyəti institutlarının  inkişaf etdirilməsi istiqamətində  bütün imkanlarını səfərbər edib. 

400-dən artıq QHT layihələrinin maliyyələşdirilməsi   dövlətin  vətəndaş cəmiyyəti institutlara göstərdiyi diqqətin nəticəsi kimi qiymətləndirilməlidir: “Doğrudur, bu gün QHT-lərin  ehtiyacları 400 layihədən artıqdır. Mən deyərdim ki, bəzi layihələrimiz 70-80 min manat civarında maliyyə ayrılsa daha da geniş miqyaslı işlər görmək olar. Hazırda QHT Agentliyin büdcəsinin azlığından bu addımlar atıla bilinmir. Ancaq inanırıq ki, artıq donor ölkə kimi çıxış edən dövlətimiz yaxın zamanlarda vətəndaş cəmiyyəti institutlarının  ehtiyaclarının ödənilməsi ilə bağlı  daha geniş maliyyə ayıracaq. Təbii ki, QHT-lər də öz öhdələrinə düşən  vəzifələrini  uğurla yerinə yetirərək,  təşkilatlarının inkişafı və uğurlu imzalarının çoxalması üçün  çalışacaqlar” . 

 

Ayaz Mirzəyev, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri

QHT Agentliyinin 2025-ci il üçün qrant müsabiqəsinin nəticələrinin elan edilməsi və həmin nəticələrin qiymətləndirilməsi, ümumiyyətlə, vətəndaş cəmiyyətinin inkişafına birbaşa təsir göstərən əhəmiyyətli bir məsələdir. Qrant müsabiqəsinin nəticələrini qiymətləndirərkən bir neçə əsas aspektə diqqət yetirmək lazımdır. Bunlar sırasında qalib layihələrin vətəndaş cəmiyyətinin inkişafına olan təsiri önəmli faktdır. Gördüyümüz kimi qalib layihələrdən bir çoxu vətəndaşları hüquq, ətraf mühitin qorunması, insan hüquqları və sosial ədalət məsələlərində maarifləndirən və təhsil verən təşəbbüsləri əhatə edir. Bu da ümumilikdə vətəndaş cəmiyyətinin təhsil və maarifləndirmə səviyyəsini artıracaq.

Diqqət yetirsək görərik ki, qrant müsabiqəsinin qalib layihələri, həmçinin QHT-lərin daha peşəkar və effektiv şəkildə fəaliyyət göstərməsinə hesablanıb. Sözsüz bu, vətəndaş cəmiyyətinin ümumi gücünü artıracaq və dövlət qurumları ilə daha  effektiv əməkdaşlıq üçün sağlam bir təməl yaradacaq.

Ümumilikdə hesab edirəm ki, hazırda qrant müsabiqəsinin keçirilmə prosesi şəffaf və ədalətlidir.  Bu vacib şərtdir. Çünki cəmiyyətdə QHT-lərə olan etimadı artırır və daha çox təşkilatın bu cür müsabiqələrə qatılmasını təşviq edir.

Seçim proseduru aydındır. Müsabiqə açıq və inklüzivdir. Bütün QHT-lərə, xüsusilə kiçik və yeni qurulmuş təşkilatlara eyni imkanlar verilib.

 

 

Aqil Camal, Ortaq Dəyərlər” İctimai Birliyinin sədri

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının bu gün açıqladığı 2025-ci il üzrə müsabiqənin nəticələrinə görə - bizim təşkilat – “Ortaq Dəyərlər” İctimai Birliyinin böyük qrant müsabiqəsinin qaliblərindən biri seçilib.

“Türk dünyası QHT platformasının yaradılması” layihəsini icra edəcəyik. Həm fərd, həm də təşkilat, media olaraq 30 ildən artıq müddətdə əsas fəaliyyətimiz Türk ölkələri arasında inteqrasiyanın dərinləşdirilməsi, Türk dünyasının vətəndaş cəmiyyəti və mediasının bir araya gəlməsi yönündə olub. İcra edəcəyimiz layihə də bu yöndə ardıcıl fəaliyyətimizə ciddi təkan verəcək.

Azərbaycan Prezidentinin bəyan etdiyi “Bizim ailəmiz Türk dünyasıdır, hədəfimiz Türk dünyasının gücləndirilməsidir” anlayışı ilə üzərimizə düşən vəzifəni yüksək səviyyədə həyata keçirəcəyik.

 

Nadir Azəri,

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrinin elan edilməsi "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyini  də (CASCFEN) sevindirdi. Çünki qaliblər arasında biz də varıq. Əvvəla bu etimada, o cümlədən ümumilikdə qrant müsabiqəsinin şəffaf və əhatəli şəkildə təşkilinə, dövlətimiz və xalqımız üçün önəm kəsb edən məsələlərə həssaslıqla yanaşdığına görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq edir, qalibləri isə təbrik edirəm. Əminliklə qeyd edə bilərəm ki, qalib olan ümumilkdə 400-dən artıq QHT-nin reallaşdıracağı yeni layihələr də vətəndaş cəmiyyətinin inkaşafında, cəmiyyətin problemlərinin həllində öz sözünü deyəcək, o cümlədən Azərbaycanın beynəlxalq qurumlarla əməkdaşlığı istiqamətində atılan addımlara və türk dünyasında daha dərin inteqrasiya prosesində QHT-lərin rolunun artırılmasına öz töhfəsini verəcək. Şəxsən rəhbərlik etdiyim CASCFEN-ə gəlincə isə bizə etimad göstərənlər bir daha təşəkkür etməklə yanaşı, “bundan öncəki layihələrin icrası zamanı olduğu kimi bu dəfə də etimadı yüksək səviyyədə doğruldacağımıza şübhəniz olmasın” deyirəm”.

 

Gülayə Səfərova

Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri 

Bu il də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bayramlar ayı olan mart ayında qrant müsabiqələrinin nəticələrini elan etməklə bizləri sevindirdi. Hər dəfə olduğu kimi, bu müsabiqədə də qaliblərin şəffaf və ədalət prinsiplərinə uyğun seçildiklərinə əminəm. Çünki Agentlik əsasən layihələrin keyfiyyətinə, irəli sürülən təşəbbüslərin dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb etməsinə xüsusi önəm verir. Mən fürsətdən istifadə edərək qalib həmkarlarımı təbrik edir və onlara uğurlar arzulayıram.

Səbinə Kərimova,

"Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi

Tərəfimizdən təqdim olunan "Rəqəmsal İnkişafla Məşğulluq Yarat" layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi kiçik qrant müsabiqəsinin qalibi olub!

İctimai Birlik olaraq, layihəmizin yüksək qiymətləndirilməsinə və təşkilatımızın cəmiyyət üçün faydalı fəaliyyətinə göstərilən dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkürümüzü bildiririk.

Müsabiqədə qalib olan bütün həmkarlarımızı da səmimi qəlbdən təbrik edirik!

 

Könül Quliyeva,

“Uşaqların Gələcəyi Naminə” ictimai Birliyin sədri

Çox sevindirici haldır ki, ölkəmizdə aparılan köklü islahatlar QHT sektorundan da yan keçmədi. Əvvəlki illərdən fərqli olaraq son illər həqiqətən qollarını çırmayıb öz işini vicdanla yerinə yetirən təşkilatlar diqqətdən kənarda qalmır. Ancaq illərdi müxtəlif sahələrə öz töhfələrini verən bir sıra QHT-lər də var ki, ayrılan maliyyə vəsaiti onların fəaliyyətini genişləndirməyə icazə vermir. Yəqin ki, növbəti qrant müsabiqələrində QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu kimi halları nəzərə alacaq.

Əminik ki, yeni reallığa qədəm qoymuş ölkəmizdə vətəndaş cəmiyyətinin davamlı inkişafında mühüm əhəmiyyət kəsb edən bir sıra yeniliklər də dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılmasına təsirli təkan verəcək, QHT-lərin vətəndaş cəmiyyətinin və dövlət quruculuğunun inkişafında iştirakı ilə bağlı qanunvericlik bazasını zənginləşdirəcəkdir.

 

Çingiz Ramazanlı,

“Vərəmzi Gələcəyə Doğru” ictimai Birliyin sədri

Təşəkkürlərimi çatdırıram Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə böyük əməyinə və ən əsası şəffaflığına görə. Təbiiki mən də öz növbəmdə layihələri qalib olmuş hər bir təşkilatı qələbəsinə görə təbrik edirəm, layihə təklifi vermiş lakin qalib ola bilməyən hər bir təşkilatı isə bu böyük mübarizəyə qatılmaqda xüsusi ilə fədakarlığına, mübarizliyinə görə alqışlayır və hər birinə gələcəkdə böyük uğurlar arzu edirəm.

 

Zülfiyyə Nuriyeva

"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri

Bizim təşkilat da qaliblər sırasında yer alıb. Uğurlu bir layihəyə imza atmaq üçün çalışacağıq. QHT Agentliyinin nəticələri ilə tanış olduqda bir çox dəyərli layihə və ideyaların dəstəkləndiyini gördüm. Agentliyin fəaliyyəti şəffafdır və xeyli sayda QHT-nin işinə töhfə verir. Əlbəttə, arzu edirik ki, Agentliyin büdcəsi daha da artsın və bizim də layihələrimiz daha geniş bölgələri və icmaları əhatə edə bilsin.

 

Cəmilə Çingizqızı

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin nəticələri açıqlandı. Qalib gələn bütün həmkarları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirəm.

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi də qaliblər sırasındadır. Bizim kimi həssas qrupları əhatə edən icmalar üçün bu dəstək yüzlərlə ailəyə kömək deməkdir. Bu qrant dəstəyi bizim üçün yalnız maliyyə yardımı deyil, eyni zamanda eşitmə məhdudiyyətli şəxslərin həyatına müsbət dəyişikliklər gətirmək üçün bir fürsətdir. Səssizliyin səsi olmağa verdiyi töhfəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin təşəkkürümüzü bildiririk

 

Fərman Nəbiyev,

Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri bu gün məlumat verildi. 407 təşkilat qalib elan edildi. Bu təşkilatların əksəriyyətini tanıyıram. Onların nümayəndələri ilə müxtəlif tədbirlərdə tez-tez qarşılaşmışam. Hətta layihələri olmayan müddətdə də ictimai fəallıqları ilə seçilirlər.   Biz həm donorun, həm də benefisiarlarımızın rəğbətini yaxşı işlər görməklə və ictimaiyyətə müntəzəm hesabat verməklə qazanırıq.

Ümid edirəm ki, bu dəfəki layihələrimizinin də vətəndaş cəmiyyətinin inkaşafında, cəmiyyətin problemlərinin həllində mühüm rolu olacaqdır. Bütün qaliblərə, o cümlədən təmsil etdiyim Mingəçevir Valideynlər Assosiasiyasının kollektivinə uğurlar arzulayıram.

 

Vüsalə Qələndərli (Sadıqova)

“İstedadları tanıyaq və tanıdaq” İctimai Birliyinin sədri

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Müsabiqədə qalib olan təşkilatlar arasında "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin adı da yer alır. Bu münasibətlə bütün qalib təşkilatları ürəkdən təbrik edirəm.  Təşkilatımıza göstərilən dəstək və etimad üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirik. Qrant müsabiqəsinin qalibi olmaq o deməkdir ki, növbəti şərəfli və məsuliyyətli bir yolda addımlayacağıq.

 Layihələrə dövlət tərəfindən dəstək verilməsi ölkəmizdəki qeyri-hökumət sektorunun inkişafına, vətəndaş cəmiyyətinin daha da güclənməsinə böyük töhfədir.

Bu cür şəffaf və etibarlı mühitin yaradılması, demokratik inkişafın davamlı olmasına töhfə verir. Dövlətimizin bu sahəyə verdiyi önəm, cəmiyyətin müxtəlif təbəqələrinin daha yaxşı həyat şəraitinə və inkişafına dəstək olmağa yönəlmişdir.

 

 

Elnurə Abuşova, “Ailə və Uşaqlara Sosial Dəstək”  İB-nin sədri:

Bizim təşkilat yeni qeydiyyatdan keçib, ilk dəfə idi ki, qrant müsabiqəsində iştirak etdik və qalib olduq. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi elan etmişdi yeni təşkilatlardan 100 nəfər müsabiqəyə qatılıb.  Qeyd edilən 100 təşkilat arasında bizə verilən qiymətə görə təşəkkür edir,  nəticəni yüksək qiymətləndirirəm. Bu, yüksək etimaddır, həm də yeni yaranan QHT-lərə dəstək, motivasiyadır. Hər kəsə bərabər mühit yaradılır. Tam əminliklə qeyd edim ki, qiymətləndirmə şəffaf aparılıb. Sevindirici haldır ki, tələblər sərtləşdikcə, ortaya daha ciddi işlərin qoyulmasına şahidlik edirik. İnanıram ki, qalib gələn layihələrin icrası cəmiyyətin inkişafına tövhə verəcək. Görülən işlər, aparılan islahatlar vətəndaş cəmiyyətlərinin məsuliyyətini artırdığı kimi, peşəkarlıqlarını da artıracaq. Çünki zaman bunu tələb edir. Qht-lər zamanın tələbinə nə qədər tez  inteqrasiya oluna bilsə, ortaya bir o qədər də keyfiyyətli işlər qoyular, donorların dəstəyi də çoxalar. Qalib gələn bütün təşkilatları təbrik edim. Layihəsi keçməyənlər də ruhdan düşməsin. İnanıram ki, növbəti dəfə çarışmazlıqları daha peşəkarcasına aradan qaldırıb  uğurlu layihələrlə müsabiqəyə qatılacaqlar.

 

Firuzə Cəlilova,

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri

Deməli, biz bu gün ilk qrantımızı udmuşuq. QHT-lərə Dövlət Agentliyinin nəhayət, il yarım ərzində işlədiyimiz 54 səhifəlik çalışmamızla, vuruşduq, nəhayət, ilk qrantımızı udduq. Odur ki, qrantı udmaq münasibətilə həm özümüzü, həm komandamızı təbrik edirik, QHT Agentliyinə təşəkkürümüzü bildirmək istəyirik ki, həqiqətən də şəffaflıq, dürüstlük və layihəyə verilən dəyər var. Birinci il biz verdik, keçməmişdik, heç təəssüflənmirik. Çünki öz səhvlərimiz idi. Amma indi bir il ərzində öyrəndik. Öyrəndiklərimizi tətbiq etməyə çalışdıq. Bizimlə birgə olan hər kəsə təşəkkür edirik. Yaxşı ki, dürüstlük, şəffaflıq, hər şey var. Bu gün biz qalibik.

 

Mahirə Əmirhüseynova, “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri

2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibı olaraq “XXI Əsrin Qadınları” İctimai Birliyi adından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin rəhbərliyinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk. Bütün qalib təşkilatları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram!

Ceyhun Xəlilov, Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyi

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və ekspert qrupuna təşəkürümü bildirirəm. Yeni Texnologiyaların İnkişafına Dəstək ictimai birliyi olaraq bütün qalibləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.”

 

Vüsalə Əliyeva, “Xüsüsi qayğıya ehtiyaci olan uşaqlara və onların ailələrinə yardım” ictimai birliyinin sədri

“Qalibləri təbrik edir və işlərində uğurlar arzu edirəm. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən göstərilən diqqət, şəffaflıq və güvənə görə təşəkkürlər. Bu dəfə də layihəmizi uğurla həyata keçirəcəyik!”

 

Namiq  Qafarov, “Sosial İslahatlara Dəstək” İctimai Birliyinin sədri

“Qalib deyilik, amma bütün qalib olan QHT-ləri təbrik edirik”

Mürsəl Behbudlu, "Mil" sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyi

“Qalib olmamışıq, amma obyektivliyə inanırıq. Hər kəsə uğurlar.”

Chosen
39
qht.az

1Sources