EN

Vəzifəli şəxs piyadanı vurub ÖLDÜRDÜ

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri qəza törədib. ”Bakuinfo” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit  kəndi ərazisindən keçən hissəsində baş verib. 

Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri Turan Əsədovun idarə etdiyi "Toyota" markalı minik avtomobili 53 yaşlı Natiq Tofiq oğlu Həsənovu vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı  araşdırma aparılır.

Turan Əsədov

***Qaxda maşın piyadanı vuraraq öldürüb. 

”Bakuinfo” APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili 53 yaşlı Bakı şəhər sakini Natiq Tofiq oğlu Həsənovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı  araşdırma aparılır.

Chosen
23
19
bakuinfo.net

10Sources