EN

Cüdoçularımızdan Avropa kubokunun ilk günündə 3 medal

Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna start verilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə millimiz aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.

Ən yüksək nəticəyə qızların mübarizəsində 48 kq çəkidə Könül Eyvazlı imza atıb. Finalda uduzan təmsilçimiz gümüşə sahib çıxıb. Eyni çəkidə mübarizə aparan Leyla Ələkbərova isə bürünc medalın sahibi olub.

Oğlanlar yarışında isə 60 kq çəki dərəcəsində Röyal Qayıbov ən yaxşı nəticəyə nail olub. O, bürüncə yiyələnib.

 

Cüdoçumuz Daşkənddə gümüş medal qazanıb

Avropa Kuboku yenidən Göygöldə keçiriləcək

Millimiz Avropa Kubokunda 10 medal qazanıb

Cüdoçularımız “Böyük Dəbilqə”ni 5 medalla bitiriblər

“Böyük Dəbilqə”də son gün: 9 cüdoçumuz mübarizəyə başlayır

Chosen
72
apasport.az

1Sources