Azərbaycanın yeniyetmə qız cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa Kubokunda mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, Azərbaycanı yarışda 5 çəki dərəcəsində 14 qız idmançı təmsil edəcək.
Mədinə Hüseynova (40 kq), Fatimə Abdullayeva, Xədicə Abdullayeva, Gülşən Hüseynova (hamısı 44 kq), Leyla Ələkbərova, Nigar Məmişova, Nərmin Ağamirzadə, Nərgiz Əhmədova (hamısı 48 kq), Gülnaz Məmmədtağıyeva, Aysun Məmmədova, Səmayə Yusifli, Nəzakət Vəliyeva (hamısı 57 kq), Fidan Cəlilli və Mələk Bayramlı (hər ikisi 70 kq) tatamiyə çıxacaqlar.
Martın 15-16-da təşkil ediləcək yarışda yığmaya baş məşqçi Elnur İsmayılov rəhbərlik edəcək.
Cüdoçularımız Antalya Avropa Kubokunda iştirak edəcək
Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadır
Cüdoçumuz Daşkənddə gümüş medal qazanıb
Avropa Kuboku yenidən Göygöldə keçiriləcək
Millimiz Avropa Kubokunda 10 medal qazanıb