2024-cü ildə Hökumət Ödəniş Portalının (HÖP) əhatəliliyinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin yekunlarına dair “Rəqəmsal ödənişlər icmalı”nda bildirilir.
Hazırda HÖP vasitəsilə 1200-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur. 2024-cü ildə HÖP vasitəsilə emal olunan ödənişlərin sayı 2023-cü illə müqayisədə 16,8 faiz artaraq 153,9 milyon ədəd, həcmi isə 16,4 faiz artaraq 8,1 milyard manat olub. Ödənişlərin say üzrə 82 faizi, həcm üzrə isə 71,3 faizi nağdsız formada aparılıb.