AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Msport.az xəbər verir ki, cəzalandırılanlar arasında Azərbaycan millisinin sabiq futbolçusu Amit Quluzadə də olub.
“Qaradağ Lökbatan”ın məşqçisi I Liqanın 17-ci turunda MOİK-lə görüşün ardından hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimlər otağına daxil olub. Quluzadə bu hərəkətinə görə 3 oyunluq cəzalandırılıb, “Qaradağ Lökbatan”ı isə 300 manat xərcə salıb.