EN

Azərbaycan taekvondoçuları Niderlandda 16 medal qazandılar

Azərbaycanın yeniyetmə taekvondoçuları Niderlandın Eyndhoven şəhərində keçirilən 52-ci açıq çempionatın ikinci günündə 5 qızıl, 5 gümüş, 6 bürünc medal qazanıblar.

Fanat.Az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabir Məmmədli (33 kq), Rüqəyya Əliyeva (33 kq), Nicat Nadirov (41 kq), Yusif Nağızadə (57 kq) və Rəsul Cavadzadə (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Elmira Bayrak (41 kq), Musa Süleymanlı (37 kq), Əbil Mehralı (45 kq), Ədiş Cəlilov (49 kq), Gülnaz Abdullayeva (59 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Tapdıq Quluzadə (33 kq), Kənan Bayramlı (37 kq), Cavidan Heydərzadə (41 kq), Akif Əliyev (45 kq) və Saleh Heydərov (53 kq) isə bürünc medala yiyələniblər.

Chosen
41
7
fanat.az

8Sources